...

Azər Mürsəliyev: "BTC neft kəmərinin təhlükəsizliyi 3 variantda təmin oluna bilər"

Siyasət Materials 15 İyul 2006 12:48 (UTC +04:00)

"BTC neft kəmərinin təhlükəsizliyi 3 variantda təmin oluna bilər". Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə Rusiyanın tanınmış "Kommersant" qəzetinin beynəlxalq siyasət şöbəsinin redaktoru Azər Mürsəliyev bəyan edib.

1-ci variant boru kəmərinin təhlükəsizliyinin bu kəmərin ərazilərindən keçdiyi ölkələrin, yəni Azərbaycan, Türkiyə və Gürcüstanın öz gücü hesabına təmin olunmasından ibarətdir. 2-ci variant GUAM ölkələrinin yaradılması planlaşdırılan çoxmillətli kontingenti tərəfindən təhlükəsizliyin təmin edilməsi ola bilər. 3-cü və sonuncu variant isə Amerika qoşunlarının cəlb olunmasından ibarətdir. Buna isə şübhəsiz, həm ABŞ-ın iqtisadi maraqları, həm də layihəyə cəlb olunmuş Qərb kapitalı səbəb olacaq. "Əgər boru kəmərinin təhlükəsizliyinə ciddi qəsdlər olmasa, o zaman 1-ci variant real olacaq. Ancaq neft arteriyaları qeyri-sabit regiodan keçdikdə, heç nəyi istisna etmək olmaz. Boru kəməri hücumara məruz qala bilər", - deyən politoloq misal olaraq hücum və şantaj yolu ilə bunu özünün biznesinə çevirmiş Nigeriyanın icu tayfasını misal gətirib.

BTC neft kəməri ətrafında müxtəlif fikirlər və bu layihənin gerçəkləşdirilməsinə aşkar inamsızlıq mövcud idi. Ancaq bütün bunlara rəğmən layihə bir fakta çevrildi", - deyə A.Mürsəliyev qeyd edib. O əlavə edib ki, çoxmilyardlı boru kəmərinin ətrafında vəziyyətin inkişafı üzrə müxtəlif ssenarilər mümkün olsa da, "hətta bunu məhv etmək üçün edilən hipotetik səylər də bu fonda ağlabatmazdır.

Xəbər lenti

Xəbər lenti