...

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Cəmiyyət Materials 30 Sentyabr 2008 00:12 (UTC +04:00)
Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycan, Bakı, 30 sentyabr / Trend / Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Müqəddəs Ramazan ayı müsəlmanlara hicri təqviminin kinci (622- ci il) ilində təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixini Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı təyin olunandan başlayır. Məhz Ramazan ayının axırıncı on gecəsinin birində Quran nazil edilmişdir. Deyilənə görə, bu hadisə ayın 23 - dən 24 - nə, ya da 26 - dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "leylətul - qadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin - amanlıqdir, sülhdür" (97:1-5).

Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər - arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29 - 30 sutka davam edir. Quranda yazılır: "Yeyin, için, ta qara sapın ağ sapdan seçilənəcən, sonra qaranlıq düşənəcən oruc tutun" (2:187).

Orucluq islamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular. Bu haqda Quranda deyilir: "Sizlərə oruc tutmaq buyrulduğu kimi, bizdən əvvəlkilərə də buyrulmuşdur".

Orucluq pəhrizi qurtarmaq - id əl-fitr - bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. Azərbaycanda Orucluq bayramı 1993 - cü ildən dövlət səviyyəsində qeyd olunur.

Ramazan bayramı 2 gündür.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti