...

Bu gün insanlar üçün ən böyük təhlükə texnogen fəlakətlərdir – MDU-nun rektoru

Cəmiyyət Materials 11 Oktyabr 2011 11:39 (UTC +04:00)
Azərbaycan paytaxtında oktyabrın 10-da keçirilməyə başlayan Bakı Beynəlxalq Humanitar Forumu bu gün öz işini davam etdirib.
Bu gün insanlar üçün ən böyük təhlükə texnogen fəlakətlərdir – MDU-nun rektoru

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan paytaxtında oktyabrın 10-da keçirilməyə başlayan Bakı Beynəlxalq Humanitar Forumu bu gün öz işini davam etdirib.

Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, forumda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, ötən il Bakıda keçirilən Rusiya-Azərbaycan humanitar forumunda belə tədbirin daha geniş şəkildə Bakıda keçirilməsinə qərar verilib.

Forumda dünyanın 30-dan çox ölkəsindən 250-dən artıq qonaq iştirak edir.

Forumun Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən Məhərrəmov bildirib ki, insanlar 21-ci əsrin sonuna düşünərək getməlidirlər. Məhz bu baxımdan alimlərin iştirakı ilə belə tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi isə qeyd edib ki, forumda Rusiyadan böyük nümayəndə heyəti iştirak edir. Bütün bunlar da Rusiyanın foruma böyük əhəmiyyət verdiyini göstərir.

"İnsanlar üçün böyük təhlükələrin olduğu bir dövrdə belə forumun keçirilməsi olduqca əhəmiyyətlidir. Alimlər çalışmalıdırlar ki, müəyyən texnikalarla bu təhlükələri arada qaldıra bilsinlər", - rektor deyib.

O əlavə edib ki, bu gün insanlar üçün ən böyük təhlükə texnogen fəlakətlərdir.

Sadovniçinin bildirdiyinə görə, yalnız 2010-cu ildə dünyada 204 fəlakət baş verib. Bu fəlakətlər nəticəsində ölkələrə 218 milyard dollar iqtisadi ziyan dəyib.

Dünyada fəlakətlərin sayının artdığını deyən rektor bunun əsas səbəbini qloballaşma, təbiət və texnologiyada olan dəyişikliklərlə izah edib.

Tədbir alimlərin mühazirələri ilə davam edib.

Xəbər lenti

Xəbər lenti