...

Bakının qalmaqallı məktəb direktoru işdən çıxarıldı

Cəmiyyət Materials 11 Noyabr 2016 15:27 (UTC +04:00)
Bakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru işləmiş Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, direktor vəzifəsindən azad edilib.
Bakının qalmaqallı məktəb direktoru işdən çıxarıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru işləmiş Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, məktəbin direktoru vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə E.Qafarov özü məlumat verib.

E.Qafarov deyib ki, Xəzər rayonunun 230 saylı məktəbinə 2012-ci ilin sentyabrında direktor təyin edilib. O bildirib ki, vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib və ötən gün nazirlik onun ərizəsini qəbul edib.

E.Qafarov hazırda məktəbdə təhvil-təslim işləri apardığını söyləyib.

Xatırladaq ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti