...

2 ayın statistikası - 96 nəfər qidadan zəhərlənib, 3-ü dünyasını dəyişib

Cəmiyyət Materials 13 Mart 2017 11:43 (UTC +04:00)
Bu ilin fevral ayı ərzində Azərbaycanda əhali arasında 36 qida zəhərlənməsi baş verib.
2 ayın statistikası - 96 nəfər qidadan zəhərlənib, 3-ü dünyasını dəyişib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin fevral ayı ərzində Azərbaycanda əhali arasında 36 qida zəhərlənməsi baş verib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu hadisələrdən 52 nəfər zərər çəkib.

Fevral ayında 2 botulizm hadisəsi baş verib ki, bundan da 4 nəfər zəhərlənib. Qida zəhərlənmələri nəticəsində 2 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət zəminində hazırlanan məhsullardan baş verib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 67 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 96 nəfər zərər çəkib, 3 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti