...

"Prius”a minən şəxs yoxa çıxdı - 45 yaşlı kişinin müəmmalı "izi"

Cəmiyyət Materials 17 İyun 2023 11:12 (UTC +04:00)
"Prius”a minən şəxs yoxa çıxdı - 45 yaşlı kişinin müəmmalı "izi"

Bakı. Trend:

Bakıda 45 yaşlı kişi yoxa çıxıb.

Trend-ə DİN-dən verilən məlumata görə, 16.06.2023-cü il tarixdə Bakı şəhəri sakini, 1940-cı il təvəllüdlü Vəliyev Heydər Məhərrəm oğlu Səbail RPİ-nin 8-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, oğlu 1978-ci il təvəllüdlü Vəliyev Ehtiram Heydər oğlu tanışı, Bakı şəhər sakini 1993-cü il təvəlüdlü Hüseynov İnqilab Qəzənfər oğlu ilə birlikdə 13.06.2023-cü il tarixdə saat 21:00 radələrində Ehtiram Vəliyevə məxsus “Mercedes” markalı avtomobillə yaşadığı ünvandan çıxmış, Səbail rayonu, Badamdar yolu 34 ünvanın qarşısında avtomobili saxlamış və “Toyota Prius” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobilə əyləşərək oradan uzaqlaşmışlar.

Faktla bağlı Səbail RPİ-nin 8-ci PB-də araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti