...

Daha bir küçədə sürət həddi endirildi

Cəmiyyət Materials 25 İyul 2023 15:02 (UTC +04:00)
Daha bir küçədə sürət həddi endirildi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qurum hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələrini xahiş edir.

Xatırladaq ki, beş gün öncə paytaxtın Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində də sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti