Bakı. Trend:
ABŞ və Yaponiya hipersəs silahları əleyhinə nəzərdə tutulan yeni tipli raketin yaradılması üzrə birgə layihənin ümumi dəyərini 3 milyard dollar qiymətləndirir.
Trend-in məlumatına görə, bu barədə "Kiodo" agentliyi Pentaqonun Raketdən Müdafiə Agentliyinin nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, Yaponiya raketin hazırlanmasına ümumi məbləğin 1 milyard dollarını ayıracaq. Qeyd olunub ki, iki ölkə raketin hazırlanmasını 2030-cu ilə qədər başa çatdırmaq niyyətindədir.
Raketin hazırlanması ilə bağlı razılığın ötən ilin avqustunda ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida tərəfindən əldə edildiyi bildirilib.