...

Həftəsonu bölgələrə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Cəmiyyət Materials 16 Yanvar 2024 13:34 (UTC +04:00)
Həftəsonu bölgələrə daşınan sərnişinlərin sayı AÇIQLANDI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) həftəsonu 19 mindən çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırıb.

Trend bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, Abşeron dairəvi dəmir yolu xətti üzrə 16 778 sərnişin, Bakı-Ağstafa-Bakı üzrə 1 679 sərnişin, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 564 sərnişin səfər edib.

Həmçinin 13-14 yanvar tarixlərində ADY-nin 24/7 fəaliyyət göstərən Əlaqə Mərkəzi tərəfindən 1 706 müraciət cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti