...

Bakı-Ağstafa marşrutu üzrə əlavə 9 qatar reysi təyin edilib

Cəmiyyət Materials 20 Mart 2024 12:31 (UTC +04:00)
Bakı-Ağstafa marşrutu üzrə əlavə 9 qatar reysi təyin edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə daha 9 qatar reysi təyin edilib.

Trend bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, 22, 23, 24, 25, 26 mart tarixlərində səhər və axşam reysləri üzrə qatarlar Ağstafaya, eyni zamanda geriyə hərəkətdə olacaq.

"Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və yaXUD “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti