Bakı. Trend:
Bu ilin sentyabr ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min 411 nəfər olub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 109 min 956 nəfəri yaşa, 14 min 492 nəfəri əlilliyə, 20 min 963 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.