...

Ağdamın 2-ci yaşayış məhəlləsində 1268 mənzilin inşası nəzərdə tutulur - Səbuhi Abdullayev

Gündəm Materials 15 Oktyabr 2024 16:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam şəhərində yaşayış məhəllələrinin tikintisinə bu ilin iyununda başlanılıb. Hazırda 2 - ci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir.

Trend-in məlumatrına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsində deyib.

O qeyd edib ki, 2-ci yaşayış məhəlləsində 11 kvartal 66 binadan ibarət 6-sı qeyri-yaşayış, 60-ı yaşayış olmaqla 1268 mənzilin inşası nəzərdə tutulur.

“1-ci, 3-cü və 5-ci məhəllələrdə yaşayış və qeyri-yaşayış binalarının layihələndirmə işləri davam edir. Bundan başqa 1-ci, 2-ci, 3-cü ,4-cü və 5-ci məhəllələrdə Baş plan üzrə söküntü və şaquli planlaşdırma işləri tamamlanıb. Həmçinin qeyd edilən ərazilərdə ictimai binaların tikinti işləri də icra edilir.

Bildirmək istəyirəm ki, məhəllələrlə yanaşı 3 kənd - Sarıcalı, Kəngərli və Xıdırlıda da inşaat prosesi davam etdirilir. Ağdamın Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evininin inşası davam edir. Qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, Klub icma mərkəzləri, Bayraq meydanı, Bazar kompleksləri, Məişət xidməti obyektləri, Ailə Sağlamlıq Mərkəzləri, Qəbirstanlıqlar, Emalatxanalar, inzibati binalar və digər iaşə obyektlərinin də tikintisi getməkdədir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti