...

Azərbaycana 421 min ton rənglənmiş portağalın gətirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 26 Yanvar 2026 11:54 (UTC +04:00)
Azərbaycana 421 min ton rənglənmiş portağalın gətirilməsinin qarşısı alınıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycana idxal edilən 421 min ton portağalda rəngləndirici əlavələr aşkar edilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransındq jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, həmin meyvələrin Azərbaycanda dövriyyəyə buraxılmasının qarşısı alınıb:

"Ötən il bununla bağlı ixracatçı ölkələrə xəbərdarlıqlar edilib. Son zamanlar bu cür hallara rast gəlinməyib".
Qeyd edək ki, sosial şəbəkədə Azərbaycana gətirilən portağalların süni şəkildə rəngləndirilməsi ilə bağlı xəbərlər və videolar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti