...

Milli iqlim planlarının hazırlanmasında gəncləri dinləmək vacibdir - Leyla Həsənova

İqtisadiyyat Materials 2 Oktyabr 2024 15:24 (UTC +04:00)
Milli iqlim planlarının hazırlanmasında gəncləri dinləmək vacibdir - Leyla Həsənova
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Milli iqlim planlarının hazırlanmasında gəncləri dinləmək çox vacibdir.

Trend xəbər verir ki, bu barədə COP29-un gənclər iqlim çempionu Leyla Həsənova ADA Universitetində keçirilən Bakı İqlim Həftəsi çərçivəsində "Uşaqlar və iqlim dəyişikliyi məsələləri üzrə yüksək səviyyəli ekspertlərin milli dialoqu" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi artıq uzaq bir təhlükə deyil. Azərbaycanda temperatur artımı və su qıtlığının artması müşahidə olunur.

"Bu, bizim sağlamlığımıza və rifahımıza birbaşa təsir etməyə başlayır və təəssüf ki, gələcəkdə daha ciddi nəticələr ola bilər. Gənc və gələcək nəsillər bu problemin yaranmasına ən az töhfə vermiş olsalar da, ən yüksək qiyməti ödəmək məcburiyyətində qalacaqlar", - o bildirib.

L.Həsənova vurğulayıb ki, COP29-un sədri yalnız bu il deyil, həm də COP29-dan sonrakı dövrdə uşaqlar və gənclər üçün inklüziv nəticələr əldə etməyin vacibliyini qəbul edir.

"Dünyada hökumətlər növbəti nəsil milli iqlim planlarını hazırlayarkən, gənclərin səslərini dinləmək vacibdir. Bizim baxışlarımız, innovasiyalarımız və qətiyyətimiz ambisiyalı və effektiv iqlim strategiyalarının formalaşmasında əsas rol oynayır və bu strategiyalar bizim, uşaqlarımızın ehtiyaclarını və prioritetlərini əks etdirir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti