Azərbaycan, Bakı, 17 oktyabr/ Trend / Global Finance jurnalı növbəti dəfə Azərbaycan Beynəlxalq Bankını (ABB) ölkənin ən yaxşı bankı elan edib, - ABB - nin press - relizində bildirilir.
"İnkişafda olan bazarların ən yaxşı bankları" nominasiyasında qaliblərin adlarının olduğu siyahı Global Finance jurnalında dərc olunub.
Qaliblər, beynəlxalq şirkət və korporasiyaların ali rəhbərliyinin iştirakı ilə Global Finance jurnalının redaksiya üzvləri, bank və maliyyə məsləhətçilərindən ibarət komissiya tərəfindən müəyyən edilib. Komissiya qalibi seçərkən aktivlərin artma göstəriciləri, mənfəətliliyinin artımı, strateji inkişaf, müştərilərə xidmətlərin göstərilməsi kimi maliyyə və iqtisadi meyarları əldə rəhbər tutub.
Global Finance artıq yeddinci dəfə (2002 - ci ildən) ABB - ni inkişafda olan bazarların ən yaxşı bankı kimi seçir.