...

Mingəçevirdə bıçaqlanan 31 yaşlı kişinin vəziyyəti AÇIQLANIB (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 30 Oktyabr 2024 11:43 (UTC +04:00)
Mingəçevirdə bıçaqlanan 31 yaşlı kişinin vəziyyəti AÇIQLANIB (ƏLAVƏ EDİLİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevirdə bıçaqlanan 31 yaşlı kişinin vəziyyəti məlum olub.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 29.10.2024-cü il tarixində saat 18:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə bədən xəsarət ilə 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxs hospitalizasiya olunub.

Qeyd edilib ki, ona döş qəfəsinin və qarın divarının açıq yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabildir.

XXX

09:57

Bakı. Trend:

Mingəçevirdə 31 yaşlı kişi bıçaqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 29-u saat 19 radələrində Mingəçevir şəhərinin ərazisində şəhər sakini 22 yaşlı Fərid Əsgərov münaqişə zəminində 1993-cü il təvəllüdlü Araz Cəfərliyə bıçaqla xəsarət yetirib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən F.Əsgərov saxlanılıb, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti