Bakı. Trend:
Norveçin paytaxtı Oslonun mərkəzində tramvay relsdən çıxaraq elektronika mağazasına çırpılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Polisin məlumatına görə, 4 sərnişin, o cümlədən tramvay sürücüsü xəsarət alıb.
Bildirilib ki, Storgata küçəsində yerləşən elektronika mağazasına çırpılan tramvayda təxminən 20 sərnişin olub.
Ciddi xəsarətlər qeydə alınmayıb, xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərilib və sonra növbətçi tibb məntəqəsinə çatdırılıb.
Qeyd edilib ki, zərər görmüş binadan insanlar təxliyə olunub. Hadisənin baş verdiyi ərazidə elektrik enerjisi kəsilib.