Bakı. Trend:
Volkswagen”in törəmə şirkəti olan “Audi” Brüsseldəki zavodunda istehsalı gələn ilin fevralında dayandırmağı planlaşdırır.
Trend xəbər verir ki, zavodun bağlanmasının əsas səbəbi tələbin aşağı düşməsi və xərclərin artmasıdır.
“Audi” şirkətinin rəhbərliyi zavodun bağlanması barədə məlumatlandırma və məsləhətləşmə prosesini iki həftə ərzində yekunlaşdırmağı planlaşdırır.