...

Azərbaycan boksçuları Gimnaziadada 12 qızıl medal qazanıblar

İdman Materials 29 Oktyabr 2024 14:54 (UTC +04:00)
Azərbaycan boksçuları Gimnaziadada 12 qızıl medal qazanıblar

Bakı. Trend:

Bəhreyndə keçirilən Gimnaziadada boks üzrə final görüşləri keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, həlledici görüşlərin nəticələrinə əsasən, komandamız 12 qızıl medal qazanıb.

Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Rza Rzayev (70 kq), Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışda Valeh Eyvazlı (66 kq), Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) isə gümüş mükafata layiq görülüblər. Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə Oyunları bürünc medalla başa vurublar.

Qeyd edək ki, boks yarışları “Əl-Əhli” klubunun kompleksində keçirilib.

Xəbər lenti

Xəbər lenti