...

Böyük Britaniyada minimum əmək haqqı qaldırılır

Dünya xəbərləri Materials 30 Oktyabr 2024 07:58 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada minimum əmək haqqı gələn il saatda 12,21 funt sterlinqə qaldırılacaq.

Trend xəbər verir ki, maliyyə naziri Reyçel Rivz İngiltərədə minimum əmək haqqının gələn ilin aprel ayında artırılacağını deyib.

Maliyyə naziri oktyabrın 30-da təqdim ediləcək büdcə açıqlamasından öncə 21 yaşdan yuxarı işçilər üçün saatlıq əmək haqqının 12,21 funt sterlinqə qaldırılacağını təsdiqləyib.

Belə ki, 21 yaşdan yuxarı işçilər üçün minimum əmək haqqı 2025-ci ilin aprelindən etibarən 6,7 faiz artaraq saatda 11,44 funt sterlinqdən 12,21 funt sterlinqə qalxacaq. 18-20 yaş arası işçilər üçün isə minimum əmək haqqı 8,60 funt sterlinqdən 10 funt sterlinqə yüksələcək. Hökumət bu artımdan üç milyondan çox işçinin faydalanacağını bildirsə də, işəgötürənlər bu əlavə xərclərin işçi sayını azaltmaq məcburiyyətinə səbəb ola biləcəyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti