...

ITFC COP29-un uzunmüddətli hədəflərinə töhfə vermək imkanlarını araşdırır - Nazim Nurdali (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 30 Oktyabr 2024 09:36 (UTC +04:00)
ITFC COP29-un uzunmüddətli hədəflərinə töhfə vermək imkanlarını araşdırır - Nazim Nurdali (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) Azərbaycanda keçiriləcək COP29-un uzunmüddətli hədəflərinə töhfə vermək imkanlarını araşdırır.

Bu barədə Trend-ə özəl müsahibəsində Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (ITFC) əməliyyatlar üzrə baş direktoru Nazim Nurdali məlumat verib.

“COP29-un Azərbaycan kimi ölkələrdə keçirilməsindən məmnunuq, çünki bundan əvvəl tədbirlər çox vaxt böyük iqtisadiyyata malik ölkələrdə, son zamanlarda BƏƏ-də təşkil olunurdu. Bu isə COP-un əhatə dairəsinin G20 ölkələrindən kənara çıxması və Mərkəzi Asiya ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində vacib addımdır, burada Azərbaycan etibarlı körpü rolunu oynayır”, - N.Nurdali bildirib.

O vurğulayıb ki, ITFC İslam İnkişaf Bankı (İİB) Qrupu çərçivəsində COP-da fəal iştirak edəcək.

“COP iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə, o cümlədən, kənd təsərrüfatı, su resursları və enerji sektorlarına yönəlib. İqlim dəyişikliyi ilə mübarizə dayanıqlı inkişaf məqsədlərinin ayrılmaz bir hissəsidir və ITFC artıq bu sahədə Afrika, Asiya və Fars Körfəzi ölkələrində müxtəlif təşəbbüslər həyata keçirir.

Xüsusilə biz Mərkəzi Asiya və Azərbaycanı əhatə edən TCCA+ təşəbbüsünü, həmçinin, Keniyada “təmiz” yemək bişirmə proqramını işə salmışıq. Biz dayanıqlı inkişaf və “yaşıl” keçidə, o cümlədən, karbon izinin azaldılmasına yönəlik COP29-un uzunmüddətli məqsədlərinə töhfə verməyi hədəfləyirik”, - o əlavə edib.

N.Nurdali, həmçinin, COP kontekstində ITFC-nin uzunmüddətli görüşünün əhəmiyyətini vurğulayıb.

“Biz “yaşıl” maliyyələşdirmə təşəbbüslərini genişləndirməyə və ticarət maliyyələşdirməsinə ekoloji dayanıqlılığı inteqrasiya etməyə çalışırıq. Dayanıqlı kənd təsərrüfatı, karbon emissiyalarının azaldılması və “təmiz” enerjiyə keçid kimi layihələri dəstəkləyirik. Məsələn, biz üzvi kənd təsərrüfatı ilə məşğul olan müştərilərə xidmət göstərən banklara maliyyə dəstəyi verməyə hazırıq ki, bu da daha dayanıqlı yanaşmadır”, - o bildirib.

N.Nurdali qeyd edib ki, ITFC karbon emissiyalarının azaldılması və “yaşıl” enerjiyə keçid istiqamətində layihələri fəal şəkildə dəstəkləyəcək.

“Bu, bizim “yaşıl” maliyyələşdirmə təşəbbüsümüzdür. Biz ticarətdə və bələdiyyə idarəçiliyində dayanıqlıq və sabitliyin təmin olunmasına diqqət yetiririk”, - Nazim Nurdali yekunlaşdırıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti