Bakı. Trend:
Çində "Xpeng Aeroht" şirkəti uçan avtomobil zavodunun inşasına başlayıb.
Trend xəbər verir ki, bununla bağlı məlumatı şirkətin Mətbuat xidməti yayıb.
Quançjou şəhərində yerləşən müəssisə dünyada uçan avtomobillərin kütləvi istehsalı ilə məşğul olan ilk zavod olacaq.
2026-cı ildə istismara veriləcəyi gözlənilən zavodun istehsal gücü ildə 10 min avtomobil təşkil edir.