Bakı. Trend:
Gürcüstan və Özbəkistandakı parlament seçkilərinin uğurla baş tutduğunu demək olar.
Trend xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
S.Qafarova bildirib ki, bu günlərdə Gürcüstan və Özbəkistanda parlament seçkiləri keçirilib.
“Milli Məclisin nümayəndələri də bu seçkiləri müşahidə ediblər. Artıq hər iki seçkinin uğurla baş tutduğunu demək olar.
Biz Azərbaycana dost-qardaş olan ölkələrin əldə etdiyi nailiyyətlərinə sevinirik və inanırıq ki, bu seçkilər Gürcüstan və Özbəkistanın tərəqqisinə, Azərbaycanla sülh, sabitlik və davamlı inkişaf naminə əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək”, - deyə S.Qafarova bildirib.