...

Bu universitetin Sahil korpusunda əsaslı təmir işləri aparılacaq

Tender müsabiqələri Materials 29 Oktyabr 2024 15:05 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Üzeyir Hacıbəyli 68 ünvanında yerləşən Sahil korpusunda əsaslı təmir işləri həyata keçiriləcək.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, ADPU artıq bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, əsaslı təmir işləri korpusun 2-ci mərtəbəsinin bir hissəsini əhatə edəcək.

Universitet sözügedən işlərin icrasına 1.599.405,00 AZN (1 milyon 599 min 405 manat) vəsaitin sərf olunacağını proqnozlaşdırır.

Təkliflərinizi [email protected] ünvanına təqdim edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti