...

Alkoqollu içkilərlə bağlı keyfiyyət standartlarını pozmağa görə məsuliyyət müəyyən edilsin – TƏKLİF

Cəmiyyət Materials 29 Oktyabr 2024 13:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik etməklə düşünülür ki, keyfiyyətsiz alkoqollu məhsullar bazardan çıxarlacaq. Hesab edirəm ki, bu qanuna keyfiyyət standartlarının müəyyən edilməsi məsələsi də daxil edilməlidir.

Trend-in məlumatına görə, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bəzən görürük ki, xarici ölkələrdən idxal edilən alkoqollu içkilər standartlara cavab vermədiyi üçün gömrük orqanları tərəfindən məhv edilir.

“Qanuna dəyişiklik bizə əminlik vermir ki, alkoqollu içkilərin keyfiyyəti yüksək olacaq. Ona görə də hesab edirəm ki, qanun layihəsində keyfiyyət standartlarının müəyyən edilməsi məqsədəuyğundur. Eyni zamanda keyfiyyət standartlarını pozmağa görə məsuliyyət müəyyən edilsin. Alkoqollu içkilər keyfiyyət standartına cavab vermirsə onu realizə edən hüquqi və fiziki şəxslərə qarşı sanksiya nəzərdə tutulmalıdır. Belə olan halda biz bu qanun layihəsinin səmərəli təsirini görə bilərik”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, qanuna edilən dəyişikliyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması təklif edilir. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti