...

Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılır (VİDEO)

Hadisə Materials 29 Oktyabr 2024 17:10 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün axşam saatlarında Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb.

Yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal sözügedən əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnika və canlı qüvvəsi səfərbər olunaraq Fövqaladə Hallar və Daxili İşlər nazilrikləri ilə birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Trend xəbər verir ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Fövqaladə Hallar Nazilriyinin xüsusi texnika və canlı qüvvəsi tərəfindən Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

"Qeyd edək ki, bütün işlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılır.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Bir daha sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur", - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti