...

Bu şəhər və rayonlarda məcburi köçkün qəsəbələrindəki evlər təmir olunacaq

Tender müsabiqələri Materials 29 Oktyabr 2024 11:13 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı, Mingəçevir şəhərləri, Goranboy, Ağcabədi rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzilləri təmir olunacaq.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Belə ki, sözügedən işlərin icrası ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti hazırlıqlara başlayıb.

Qurum görüləcək işlərin icrasının 381.681,91 (381 min 681 manat 91 qəpik) manata başa gələcəyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti