Bakı. Trend:
“TikTok” sosial şəbəkəsinin yaradıcısı Zhang Yiminq Çinin ən varlı adamı seçilib.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Şanxayda nəşr olunan “Hurun” jurnalının zəngin insanların yeni siyahısına əsasən, Zhang Yiminqin sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir. Jurnalın məlumatına görə, 41 yaşlı Zhang sələflərindən daha çox beynəlxalq mövqe tutan yeni nəsil çinli sahibkarların bir nəslinə aiddir.
Zhang tərəfindən yaradılan və “TikTok”un sahibi olan “ByteDance” qrupu keçən il qlobal satışlarını 30 faiz artıra bildi. “TikTok”un təkcə ABŞ-da təxminən 200 milyon istifadəçisi var. Çində “TikTok” “Douyin” adlandırılır.