...

İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2024 13:22 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul boğazında (Bosfor boğazı) “29 Oktyabr – Respublika Günü” ilə əlaqədar gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.

“Respublika Gününə həsr olunmuş tədbirlərlə əlaqədar boğazda gəmilərin hərəkəti müəyyən müddət ərzində həyata keçirilə bilməz”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti