...

Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik stansiyası tikilir

Yaşıl iqtisadiyyat Materials 29 Oktyabr 2024 16:25 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik stansiyası tikilir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik stansiyası inşa olunur.

Trend xəbər verir ki, bu barədə “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin səlahiyyətli nümayəndəsi Emil İbadov COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə memorandum imzalanma mərasimində bildirib.

“Hazırda Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik stansiyası inşa olunur. Bu elektrik stansiyalarının ümumi gücü 270 meqavat təşkil edəcək. Bu stansiyalar Qarabağ və Şərqi Zəngəzuru tamamilə “yaşıl” enerji ilə təmin edəcək. Əlavə “yaşıl” enerji isə xaricə ixrac olunacaq”, - o qeyd edib.

Qeyd edək ki, statistik göstəricilərə görə, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 gigavat, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində isə 157 gigavatdır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 gigavat, o cümlədən külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji üzrə 380 min MVt təşkil edir. Dağ çaylarının potensialı 520 MVT qiymətləndirilir.

Son hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur ərazisində günəş və külək enerjisinin potensialı 10 gigavat həcmindədir. Beləliklə, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli rayonları günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir və onların texniki potensialı 7200 MVT-dən çoxdur. Bundan əlavə, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min MVT qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti