...

Argentinada 10 mərtəbəli bina çöküb - Dağıntılar altında qalanlar var

Dünya xəbərləri Materials 30 Oktyabr 2024 09:51 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Argentinanın Buenos-Ayres vilayətinin Villa-Helsel şəhərində yerləşən 10 mərtəbəli "Dubrovnik" hoteli çöküb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, dağıntılar altında 7-10 nəfərin, o cümlədən, binada təmir işləri aparan fəhlələrin qaldığı ehtimal olunur.

Xilasedicilər insanlara kömək etmək məqsədilə dağıntıları təmizləyirlər. Hadisə yerində 300-dən çox yanğınsöndürən, polis və xilasedici fəaliyyət göstərir.

Şəhərin meri bildirib ki, qonşu bina da uçmaq təhlükəsi ilə üz-üzədir.

Qeyd edilib ki, prokurorluq hotel binasının çökməsi ilə bağlı istintaq işlərinə başlayıb, məhkəmə 4 nəfərin həbsi barədə qərar çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti