Bakı. Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi xidmətlərin keyfiyyətinin artırılmasına çalışır.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin its.gov.az saytının təqdimatı mərasimdə bildirib.
"Biz daim çalışırıq ki, tibbi xidmətlərin keyfiyyəti artıtılsın. Bu halda vətəndaşların məmnuniyyətini artıra bilərik. Tibb müəsissələrindən gözləntimiz odur ki, daim keyfiyyət üzərində işləsinlər", - deyə o bildirib.
O qeyd edib ki, artıq 3 ildən çoxdur ki, bütün ölkə ərazisində icbari tibbi sığorta tətbiq olunur:
"Əsas məqsədimiz əlçatanlıq, peşəkarlıq olub. Bu yolu keçdikdən sonra peşəkar İT komandamız formalaşıb. Biz icbari tibbi sığortanın tətbiqinə başlayanda digər ölkələrin təcrübəsini izləyirdik. Artıq bizim saytımızdan başqa ölkələr də istifadə edə bilərlər. İstəyərdik ki, başqa ölkələrə də köməyimiz dəysin", - deyə Z.Əliyev əlavə edib.