...

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 30 Oktyabr 2024 06:39 (UTC +04:00)

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında neft-qaz sektoruna 4083,3 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 7,1 faiz azalıb.

Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə sözügedən göstərici 4394,3 milyon manat səviyyəsində olub.

Xəbər lenti

Xəbər lenti