...

Azərbaycanın üç güləşçisi dünya çempionu olub

İdman Materials 30 Oktyabr 2024 00:01 (UTC +04:00)
Azərbaycanın üç güləşçisi dünya çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mundialda 4 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.

Dünya çempionatı
Yunan-Roma güləşi
5️5️ kq

Üçqat dünya çempionumuz Eldəniz Əzizli növbəti titul uğrunda xalçaya çıxıb. O, Azərbaycan tarixinə düşmək üçün iranlı Poya Marza ilə qarşılaşıb. Eldəniz xalların keyfiyyətinə görə (1:1) qalib gələrək 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb.

6️3️ kq
Nihat Məmmədli finalda qazaxıstanlı Yerjet Jarlikassinlə münasibətinə aydınlıq gətirib. Güləşçimiz 6:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

7️2️ kq
Ülvü Qənizadə final görüşünə çıxıb. O, qızıl medallar uğrunda fransalı İbrahim Qanemlə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

8️2️ kq
Qurban Qurbanov özbəkistanlı Jalqasbay Berdimuratovla güləşib. Qurbanov rəqibinə 5:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Medal uğrunda mübarizədə güləşçimiz türkiyəli Ahmet Yılmaza 1:8 hesabı ilə uduzaraq, fəxri kürsüdən kənarda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti