...

İran hərbi xərclərini 200 faiz artırıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2024 13:05 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran hərbi ehtiyaclarının aradan qaldırılması istiqamətində ölkənin hərbi büdcəsini 200% artırıb.

Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (29 oktyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın hərbi büdcəsi hökumətin diqqət mərkəzində saxlanılan xüsusi məsələdir.

Mohacerani bildirib ki, Qərb ölkələri İran əleyhinə tətbiq olunan sanksiyaların sadəcə hərbi sahələr olduğunu bildirirlər. Halbuki bu ölkələrin bildirdiyinin əksinə olaraq, sanksiyalar sadəcə hərbi sahəni ehtiva etmir.

Sanksiyalar bir çox sahələri, o cümlədən səhiyyə sahəsində, dərman preparatlarının xammalı ilə əlaqədar problemlər yaradır.

Qeyd edək ki, İranın cari il dövlət büdcəsində silahlı qüvvələrinin (Müdafiə Nazirliyi, ordu və sairə) payı 7,22 kvadrilyon rial (təxminən 16,2 milyard dollar) nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti