...

Azərbaycanlı və özbək ekoloqlar birgə müəssisə yaratmağı planlaşdırırlar

Energetika Materials 21 Oktyabr 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend / Azərbaycanın Ekol Mühəndislik Xidmətləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Özbəkistanın EKONORDRAGMET şirkəti ekoloji problemlərin həlli üçün birgə müəssisə yaratmağı planlaşdırırlar, - QSC- nin çərşənbə axşamı yayılan məlumatında bildirilir. Müəssisə QSC-nin vəsaitləri hesabına və beynəlxalq təşkilatların dəstəyi ilə yaradılacaq.

Artıq hər iki tərəfdən işçi qrupları yaradılıb və ən qısa müddətdə işə başlamaq qərara alınıb. Şirkətlər sorbent istehsalı və onun digər ölkələr ixracı üzrə birgə müəssisənin yaradılmasını da nəzərdən keçirirlər.

Bütün bu məsələlər Ekol QSC-nin Baş direktoru Soltan Əliyevin Özbəkistana səfəri zamanı iki şirkətin rəhbərlikləri tərəfindən müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti