...

bp "Azəri-Çıraq-Günəşli"də əməliyyat xərclərini artırıb

Energetika Materials 3 Avqust 2023 14:12 (UTC +04:00)
bp "Azəri-Çıraq-Günəşli"də əməliyyat xərclərini artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp və tərəfdaşlarının Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda əməliyyat və əsaslı xərcləri 2023-cü ilin birinci yarısında müvafiq olaraq təqribən 232 milyon dollar və 746 milyon dollar olub.

2022-ci ilin birinci yarısında isə bu şirkətlərin AÇG-də əməliyyat və əsaslı xərcləri müvafiq olaraq təqribən 229 milyon dollar və 791 milyon dollar olub. Beləliklə, illik hesablamada əməliyyat xərcləri 1,3 faiz artıb, kapitalqoyma isə 5,7 faiz azalıb.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti