...

Çinin təcrübəsi kiçik və orta müəssisələrin dekarbonizasiya prosesinə daxil olmasını sürətləndirməyə kömək edə bilər

Yaşıl iqtisadiyyat Materials 2 Oktyabr 2024 15:45 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin ətraf mühitin çirklənməsinə qarşı təcrübəsi kiçik və orta müəssisələrin (KOM) dekarbonizasiya prosesinə daxil olmasını sürətləndirməyə kömək edə bilər.

Trend xəbər verir ki, bu barədə İctimai və Ekoloji Problemlər İnstitutunun (IPE) direktoru və qurucusu Ma Jun Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransının 3-cü günündə "Kiçik və Orta Müəssisələrə (KOM) "yaşıl" keçid üzrə dəstək" adlı panel müzakirədə deyib.

"Son illərdə Çin kiçik və orta müəssisələrin dekarbonizasiyaya keçidini fəal şəkildə dəstəkləyir.Dünyada ekstremal hava hadisələrinin tezliyi artır, yeni dərc olunan qlobal birja hesabatı isə aradan qaldırılması vacib olan əhəmiyyətli bir boşluğu ortaya çıxarıb. Böyük transmilli korporasiyalar və maliyyə institutları artıq karbon neytrallığına nail olmaq üçün öhdəlik götürsələr də, KOM-lar ciddi çətinliklərlə üzləşirlər. Onlar qlobal tədarük zəncirlərində mühüm rol oynayırlar və tez-tez SCOPE 3 emissiyaları kateqoriyasına düşürlər. Əminik ki, Çinin son on ildə yığılmış çirklənmə ilə mübarizə təcrübəsi bu prosesi sürətləndirmək üçün faydalı ola bilər", - Ma Jun vurğulayıb.

Onun sözlərinə görə, bütün bu təşəbbüslərin əsasını geniş miqyaslı monitorinq və məlumatların açıqlanması təşkil edir ki, bu da Çində fəaliyyət göstərən təxminən 16 milyon şirkətin fəaliyyətini izləyən “BlueMap” məlumat bazasının yaradılmasına imkan verib.

"İqlim Dəyişikliyi ilə, karbon emissiyaları haqqında məlumat toplamaq üçün bir infrastruktur yaratmaqla başlamağın vacib olduğuna əminik. Biz təkcə bütövlükdə ölkəni deyil, ayrı-ayrı vilayətləri və şəhərləri əhatə edən Milli məlumat infrastrukturu yaratmışıq. Bu, həm də dövlət orqanlarına məlumatların açıqlanması ilə bağlı mütləq tələblərin həyata keçirilməsinə, korporativ emissiya göstəricilərinin sistemləşdirilməsinə və onların daha əlçatan olmasına kömək edir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti