...

Soçi dağlarında iki nəfər qar uçqunu nəticəsində həlak olub

Dünya xəbərləri Materials 5 Yanvar 2019 20:17 (UTC +04:00)
Rusiyanın Soçi şəhərinin dağ-xizək kurortunda qar uçqunu baş verib
Soçi dağlarında iki nəfər qar uçqunu nəticəsində həlak olub

Bakı. Trend:

Rusiyanın Soçi şəhərinin dağ-xizək kurortunda qar uçqunu baş verib.

Trend-in məlumatına görə, bu barədə "TASS"a "Qorki Qorod" kurortunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "İki nəfər qar uçqunu nəticəsində həlak olub <...> Üç kişi qar uçqunu təhlükəsi səbəbindən xizək sürmək üçün bağlı olan trasa gedib, ordan isə xizək sürmək tam qadağan olunan əraziyə keçiblər və qar uçqununa səbəb olublar. İki nəfər qar altında qalıb, digər kişi isə xilasediciləri hadisə yerinə çağırıb. Axtarış-xilasetmə tədbirləri nəticəsində iki nəfər qarın altından çıxarılıb. Onlardan biri 1 metr, digəri isə 2 mətr dərinlikdə olub".

Mətbuat xidmətindən əlavə ediblər ki, həkimlər onların həyatını xilas edə bilməyib: "Bir saat ərzində reanimasiya tədbirləri həyata keçirilib və müsbət nəticə əldə edilməyib. Bir saat sonra onların ölümü qeydə alınıb. Həlak olanların şəxsiyyəti hələki təyin edilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti