...

Ermənistanda parlamentdəki terror aktı barəsində cinayət işi bərpa edilib

Dünya xəbərləri Materials 25 Dekabr 2019 23:50 (UTC +04:00)
Ermənistan Prokurorluğu 1999-cu ildə ölkə parlamentində terror aktı barəsində işin istintaqını bərpa etməyi qərar verib
Ermənistanda parlamentdəki terror aktı barəsində cinayət işi bərpa edilib

Bakı. Trend:

Ermənistan Prokurorluğu 1999-cu ildə ölkə parlamentində terror aktı barəsində işin istintaqını bərpa etməyi qərar verib.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"ya Ermənistan Baş Prokurorluğunun mətbuat-katibi Arevik Haçatryan deyib.

Qeyd edək ki, 27 oktyabr 1999-cu ildə bir qrup terrorçu Ermənistan Milli Məclisinin iclas otağına girərək oradakı parlament və hökumət üzvlərini güllələyib.

Parlamentin spikeri Karen Dəmirçyan, Baş nazir Vazqen Sarkisyan, Milli Məclis sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, Deputatlar Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abrahamyan, Operativ məsələlər üzrə nazir Leonard Petrosyan terrorçuların qurbanları olub.

Terrorçuların məhkəməsi 2001-ci ildən 2003-cü ilə qədər davam edib. Qrup lideri Nairi Hunanyan da daxil olmaqla 6 terrorçu ömürlük həbs cəzasına məhkum edilib. Qrupun digər üzvü 14 il həbs cəzasına məhkum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti