...

ABŞ-da 900 milyard dollarlıq iqtisadi dəstək paketi qəbul edilib

Dünya xəbərləri Materials 22 Dekabr 2020 10:46 (UTC +04:00)
ABŞ-da 900 milyard dollarlıq iqtisadi dəstək paketi qəbul edilib

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ Senatı ölkədə davam edən koronavirus pandemiyası fonunda 900 milyard dollar məbləğində iqtisadi dəstək paketini qəbul edib.

Trend-in məlumatına görə, həmin sənədi ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatası da qəbul etmişdi.

İqtisadi dəstək paketi işsizliyə görə müavinət, fiziki şəxslərə ödənişlər, eləcə də kiçik biznes sahələrinə iqtisadi yardımı nəzərdə tutur.

Yardım paketi imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti