...

Rusiyada 2026-cı ildə pilotsuz qatar işə salınacaq

Dünya xəbərləri Materials 20 Yanvar 2024 06:37 (UTC +04:00)
Rusiyada 2026-cı ildə pilotsuz qatar işə salınacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti 2026-cı ildə tamamilə pilotsuz qatar dövriyyəyə buraxacaq, 2024-cü ilin yayında isə Moskva Mərkəzi Halqasında qismən pilotsuz qatar işə salınacaq.

Trend-in məlumatına görə, bu barədə holdinqin başçısı Oleq Belozyorov Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Rusiya” sərgi-forumu çərçivəsində keçirilən “Gələcəyin nəqliyyat sistemi sərnişinin mənafeyi naminə” mövzusuna həsr olunmuş plenar diskussiyada bildirib.

O deyib: “Biz Moskvada, Mərkəzi Halqada bu ilin yayında 3A səviyyəsində pilotsuz idarəetmə qatarını işə salacağıq. Növbəti mərhələdə tamamilə pilotsuz qatarı 2026-cı ildə dövriyyəyə buraxmağı planlaşdırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti