...

İlon Mask “SpaceX”in mənzil qərargahını Texasa köçürür

Dünya xəbərləri Materials 16 Fevral 2024 16:27 (UTC +04:00)
İlon Mask “SpaceX”in mənzil qərargahını Texasa köçürür
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Tarixi və iqtisadi səbəblərə görə ABŞ-nin bir çox şirkətlərinin ofisləri Delaver ştatında yerləşir. Yerli ədliyyə orqanları ilə münasibətləri korlanan İlon Mask sahib olduğu kompaniyaları digər ştatlarda qeydiyyata salmağa çalışır.

Trend xəbər verir ki, 52 yaşlı biznesmen bu yaxınlarda “SpaceX” kompaniyasını mənzil qərargahını Delaverdən Texasa köçürmək üçün müvafiq qurumlara müraciət edib.

Delaver ştatı vergi ödəyicisi kimi dünyanın ikinci ən böyük özəl şirkətinin getməsindən çox şey itirəcək. Bəzi hesablamalara görə, İlon Maskın aerokosmik kompaniyasının kapitallaşması 180 milyard dollar təşkil edir. Kosmosa yüklərin çatdırılması üçün sərfəli kommersiya və hökumət müqavilələri Texas ştatının büdcəsi üçün “qızıl mədəninə” çevrilə bilər.

Delaver ştatının məhkəmə sistemləri ilə münaqişə vəziyyətində olan İlon Mask ABŞ-dakı biznes sahiblərini də “bu ştatdan mümkün qədər tez köçməyə” çağırıb.

Yerli məhkəmə orqanları biznesmenə “Twitter” sosial şəbəkəsini alarkən bir çox problem yaradıb. Nəticədə İlon Mask sonradan adını “X” ilə əvəzlədiyi sosial şəbəkəni Nevada ştatında qeydiyyata salıb.

Həmçinin, Delaver dairə məhkəməsi İlon Maskın “Tesla” kompaniyasının Baş direktoru vəzifəsində işinə görə aldığı 56 milyard dollar mükafatın şişirdilmiş olduğu qənaətinə gəlib. Amerikalı sahibkar bundan sonra “Tesla” kompaniyasını “Texasda” qeydiyyata salmaq niyyətində olduğunu bildirib. İlon Mask bu ayın əvvəlində özünün digər özəl şirkəti “Neuralink” startapını da Nevada ştatına köçürüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti