Bakı. Trend:
Pakistanda meymunçiçəyi virusunun daha yoluxucu halı qeydə alınıb.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Pakistanın şimalındakı Hayber Paxtunxva əyalətinin səhiyyə departamentindən qeyd edilib ki, mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantına yoluxmuş üç xəstə qeydə alınıb.
Departamentdən o da bildirilib ki, xəstələrdə virus infeksiyası Birləşmiş Ərəb Əmirliklərindən gələrkən aşkarlanıb. Hər üç xəstə karantinə alınıb.