Bakı. Trend:
Növbəti il üçün İşsizlikdən Sığorta Fondunun xərcləri məlum olub.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında İşsizlikdən sığorta fondunun büdcəsi müzakirəyə çıxarılıb.
Sənədə əsasən, fondun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
- İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;
- İşsizlikdən Sığorta Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.