...

İsrail “Hizbullah”ın maliyyə obyektlərinə hücum təşkil edib

Dünya xəbərləri Materials 27 Noyabr 2024 03:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Livanın müxtəlif bölgələrində “Hizbullah” hərəkatının maliyyələşdirilməsi ilə bağlı obyektlərə hava zərbələri endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.

Zərbələr zamanı hədəf alınan obyektlər arasında “Hizbullah”ın fəaliyyətinə sponsorluq edən və tərəfdarlarına maliyyə yardımı göstərən Əl-Qard Al-Hassan maliyyə-kredit assosiasiyasının ofisləri də olub. Bundan əlavə, hərəkatın hərbi fəaliyyətini maliyyələşdirmək üçün istifadə olunan Əl-İnsaf valyuta mübadilə mərkəzi də zərbəyə məruz qalıb.

Hücumlar Livanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Beyrut yaxınlığında, Səidə və Tire sahil şəhərləri ərazisində, həmçinin ölkənin şərqində yerləşən Bekaa vadisində doqquz fərqli hədəfə endirilib.

İsrail tərəfi bu zərbələrin “Hizbullah”ın maliyyə infrastrukturlarını zəiflətməyə yönəldiyini bildirib.

Xəbər lenti

Xəbər lenti