...

Əfsanəvi "Rolls-Royce" hərraca çıxarılacaq

Maraqlı Materials 27 Noyabr 2024 02:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Aguttes" auksionunda Paris-Dakar rallisi üçün xüsusi olaraq hazırlanmış və "Jül" adı ilə tanınan "Rolls-Royce Corniche" avtomobili satışa çıxarılacaq.

Trend-in məlumatına görə, bu barədə auto.ru xəbər yayıb. 1981-ci ildəki yarış üçün nəzərdə tutulan avtomobilin orijinal "Rolls-Royce" ilə çox az oxşarlığı var. Avtomobilin qiymətinin 400-800 min avro arasında olacağı gözlənilir.

Avtomobilin mühərrik bölməsində "General Motors"un istehsalı olan 5.7 litrlik V8 mühərrik istifadə edilib. Korpus panelləri plastik şüşədən hazırlanıb, yalnız şüşələr, bamperlər və radiator barmaqlığı orijinal "Rolls-Royce" ilə eynidir.

Avtomobil, layihənin sponsoru olan məşhur "Cristian Dior" dəb evinin ətirlərindən birinin şərəfinə "Jül" adını alıb. Lakin, prototip qəzaya uğrayaraq Dakarda heç bir titul qazana bilməyib. Onun bərpası isə 150 000 avroya başa gəlib.

Xəbər lenti

Xəbər lenti