Bakı. Trend:
ABŞ-ın Deyr əz-Zor əyalətindəki hərbi bazasına hücum edilib. Zərbə, Suriyanın şərqində yerləşən Əl-Ömər neft yatağının ərazisindəki Amerika hərbçilərinin Yaşıl kənd düşərgəsinə endirilib.
Trend-in məlumatına görə, bu barədə “Al Mayadeen” telekanalı xəbər yayıb.
Telekanalın məlumatına əsasən, hücum zamanı obyektə ən azı üç raket atılıb. Hücumun nəticələri barədə hələlik məlumat verilmir.
Bundan əvvəl, Şam FM radiostansiyası Əl-Ömər yatağının ərazisində "güclü partlayışların" eşidildiyini bildirmişdi.