...

MİT-dən İraqda əməliyyat - Terror təşkilatının rəhbərlərindən biri zərərsizləşdirildi

Dünya xəbərləri Materials 27 Noyabr 2024 12:27 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının rəhbərlərindən biri olan Sadiyə Məhəmməd Əhmədi İraqın Sincar şəhərində həyata keçirdiyi əməliyyatla zərərsizləşdirib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

“MİT-in kəşfiyyat işləri nəticəsində "Hevi" kod adlı Sadiyə Məhəmməd Əhmədin PKK/KCK-nın Sincardakı kəşfiyyat strukturlarına cavabdeh olduğu müəyyən edilib.

Hədəf siyahısına alınan Sadiyə Məhəmməd Əhmədin olduğu yer təyin edildikdən sonra terrorçunun hərəkətləri anbaan izlənilib”, - məlumatda bildirilib.

Qeyd edilib ki, daha sonra MİT tərəfindən fəaliyyəti ifşa edilən Sadiyə Məhəmməd Əhməd, dəqiq əməliyyatla zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti