Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) 3,8% olacağını proqnozlaşdırır.
Trend xəbər verir ki, bu barədə bankın “Transition Report 2024-2025” hesabatında bildirilib.
AYİB Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 %-dən 3,5 %-ə qədər azalacağını proqnozlaşdırır.
Bildirilib ki, inflyasiya Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qalır.
AYİB gələn il Azərbaycanda real iqtisadi artımın isə 2,7% olacağını proqnozlaşdırır.
Qeyd olunub ki, proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin, regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır.